EN

Ölümə aparan ürək xəstəlikləri: Çıxış yolu nədir?

“Təəssüf ki, Azərbaycan kardioloji faktordan ölüm hallarına görə dünya liderlərindəndir”. Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov bildirib. Ekspert bunun səbəblərinin çox olduğunu diqqətə çatdırıb:

“Bunların arasında obyrktiv və subyektiv səbəblər var. Səbəblərin önündə təbii ki, qidalanma və stess faktor durur. Əgər bunları sıralasaq, ilk sırada stress gəlir. 30 il davam edən erməni işğalı izsiz ötüşə bilməzdi. Bundan başqa, Bakı praktik olaraq yaşanmaz hala düşüb. İnsanlar saatlarla tıxaclarda qalır və bu insanlarda psixoloji gərgin vəİyyət yaradır”.

Ekspert hesab edir ki, qidalanma da həssas məqamdır:

”Mətbəxtimiz kifayət qədər dadlı, amma zərərlidir. Yağlı, duzlu yeməyi sevirik. Ən  pisi, qaydasında və zamanında yeməyi bilmirik. Bazarda keyfiyyətli qida problemini də üstünə gəlsək, bütün bunlar orqanizmdə  piylənməyə və zərərli trans-yağların damarları tutmağa səbəb olur”.

Müşfiq Hüseynov bildirib ki, profilaktika da mühüm rol oynayır:

”Dünyada qəbul olunmuş qaydalar var, 40 yaşdan yuxarı insanlar mütləq qandurulaşdırıcı, damar gücləndiririci,  təzyiq, şəkər əleyhinə və s. dərmanlar qəbul eləməldiir. Biz isə bunu etmirik”.
Ekspert vurğulayıb ki, metabolizma və hərəkət son dərəcə vacib amillərdir:”Millət olaraq idman sevən deyilik. Bütün  parklarda pulsuz idman trenajorları var, amma əksəriyyəti boşdur”.
Müşfiq Hüseynov xüsusilə qeyd edib ki, ekoloji faktorlar da burada rol oynayır:

”Bakıda ciddi oksigen problemi var, çünki yaşıllıq və park ərazisi azdır. Əhalinin az qala yarısının Bakıda toplandığını nəzərə alsaq, ürək-damar problemlərinin çoxluğu artıq normal hal sayılmaldır”.

Ekspertin sözlərinə görə, 40 yaşa çatan hər kəs mütləq və mütəmadi kardioloji çekaplara, müayinələrə getməli, daima həkim nəzarətində olmalıdır:
”İcbari sığortanın verdiyi imkanlara baxmayaraq, əhali həkimə getməyi sevmir”.

M.Hüseynov bildirib ki, insanlar gün ərzində informasiya vasitələrindən yaxşı xəbər oxumur, izləmir, eşitmirlər:

”Bunun üzərinə bəzi “üzdəniraq” social şəbəkə “fenomenləri”nin siniredici çıxışlarını da gəlsək, KİV və şəbəkələr Azərbaycan xalqına ciddi narahatlıqlar yaradır deyə bilərik”.

Ekspert maddi resursların çatışmazlığına da diqqət çəkib:

”Bu artıq dünyada baş verən klassik situasiydlr. İnsanların gözləntiləri çox, bunu  edə biləcək potensialları isə yetərsizdir”.

Müşfiq Hüseynov tövsiyyə edib ki,  ən son qida qəbulunu yatmamışdan heç  olmasa 4 saat öncəyə çəkmək lazımdır:

“Axşamlar lazımsız verilişlərə baxmaq əvəzinə, məsələn, kitab oxumağı, açıq havada və parklarda gəzməyi, imkan olduqca şəhəri tərk etməyi məsləhət görmək olar”.

Ekspert məsləhət görüb ki, ulu, səbzəli, yüngül və ancaq mövsümi qidalara üstünlük verilsin:

”Xəmir, duzlu, xüsusilə şirniyyat məhsularını  minimuma endirmək, mümkün qədər rəngli və enerji içkilərdən qaçmaq, siqareti tərgidib, alkoqol tükətimini az və nadir hallarda etmək, çox hərəkət etməklə damarlarda toplaşan trans yağları və pis xolesterinin miqdarını azaltmaq olar.  Müəyyən yaşdan sonra mütləq antioksidant, koenzim, omeqa, vitaminlər qəbul etməklə ürək- damar problemlərinin yaşını kifayət qədər uzatmaq olar. Sxem çox  sadədir. Yeməyinizə və aldığınız qida  əlavələrinə diqqət edib, daima hərəkətdə olub, mütəmadi müayinə və həkim nəzarətində yaşamalıyıq”.

Chosen
7
4
azpost.info

5Sources