Avropa İttifaqı fevralın 24-dək 16-cı sanksiyalar paketini qəbul etmək və alüminium idxalına qadağa daxil etmək istəyir. Bu barədə “Reuters” Avropa mənbələrinə istinadən məlumat yayıb.Agentlik iddia edir ki, Avropa Komissiyası tezliklə Aİ ölkələrinə alüminium idxalına qadağa da daxil olmaqla yeni sanksiyalar paketinin layihəsini təklif edəcək. O, ümid edir ki, bu məhdudiyyətlər Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının “fevral ayında, üçüncü ildönümünə qədər” qəbul edilə bilər.