EN

Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

Publika.az

Nida.azRəsmi xronikaQırmızı.azDünyaStringer.azTabloid.azEkopublika.azBilgi.azMis

Yanvarın 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili Qoşunlarının 2024-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-dən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, işğaldan azad edilmiş şəhər və rayonlarda, o cümlədən COP29 zamanı hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.

Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.


  


Bizi Telegram-da izləyin

 


Sizə maraqlı gələ bilər

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada - FOTO



Lavrov Azərbaycanla münasibətlərə toxundu: Qəzaya uğrayan təyyarədən sonra...



İcma Almaniyanın ictimai radiosunun irqi ayrı-seçkiliyini qınayır - Bəyanat



Dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı



Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən məktubla bağlı AÇIQLAMA



Azərbaycan XİN Uruqvayı təbrik etdi


Xəbər lenti


21:36

İnsult riskinin müəyyən edilməsi üçün İNQİLABİ KƏŞF


21:24

İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ - VİDEO


21:12

Nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı AÇIQLANDI


21:00

Meşədə meyiti tapılan Nigarın FOTOSU


20:48

Bu futbolçu mərc etdiyi üçün SAXLANILDI - 3 ilədək həbs gözləyir


20:36

Pentaqonun yeni şefindən KRİTİK MESAJ: "Rusiyanı elə cilovlamaq lazımdır ki..."


20:24

Azərbaycanda plastik cərrahlara QADAĞA QOYULDU


20:12

Toni Buk vəfat etdi


20:00

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada - FOTO


19:50

Patruşev bu ölkəni HƏDƏLƏDİ: "Ya başqa dövlətin bir hissəsi olacaq, ya da..."

Daha çox

Gündəm21:36İnsult riskinin müəyyən edilməsi üçün İNQİLABİ KƏŞF21:00Meşədə meyiti tapılan Nigarın FOTOSU20:48Bu futbolçu mərc etdiyi üçün SAXLANILDI - 3 ilədək həbs gözləyir19:24Hansı metrostansiyalar yerin üstündə olacaq?19:12Şəbnəm çəhrayıya büründü - FOTO19:00Bakıda 3 avtomobil toqquşdu: xəsarət alan var - FOTO/VİDEO18:24Sabah bəzi rayonlar İŞIQSIZ QALACAQ16:42Fevral ayından minimum pensiyalar bu qədər olacaq

Publika.azfacebook instagram twitter youtube telegram tiktok

Haqqımızda Xəbərlər Əlaqə İş Əxlaqı

Publika.az © 2022 Bütün hüquqları qorunur



Chosen
11
news24.az

1Sources