“Barselona”nın prezidenti Xuan Laporta Dani Olmo və Pau Viktoru necə qeydiyyata aldırdığını açıqlayıb.
Sportinfoaz xəbər verir ki, Kataloniya klubunun rəhbəri mətbuat konfransında belə deyib:
“Biz oyunçularla müqavilə imzalamağa, Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirməyə imkan verən 1:1 qaydasına qayıtdıq.
Bu, “Barselona”nın gücünü təsdiqləyir və apokaliptik proqnozları təkzib edir”.
Yanvarın 8-də məlum olub ki, İspaniyanın Ali İdman Şurası digər klubların etirazına baxmayaraq, ispaniyalı futbolçuların La Liqa, İspaniya kuboku və İspaniya superkubokunun oyunlarında iştirakına müvəqqəti icazə verib.