EN

Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfrans keçirilib » AzadMedia.az


Yanvarın 14-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə “Hilton Baku” hotelində tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfrans keçirilib.

Konfransın əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsindən ibarət olub. Peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması müzakirə edilən mövzular arasında yer alıb.
Keçirilən konfrans tikinti sektorunda keyfiyyətli və ixtisaslı işçi qüvvəsi hazırlamaq, dövlət və özəl sektor arasında davamlı əməkdaşlıq platformasının yaradılması üçün xüsusi əhəmiyyət daşıyır. Bu cür təşəbbüslər Azərbaycanın tikinti sektorunun inkişafına və peşə təhsilli işçi qüvvəsinin formalaşmasında önəmli rol oynayır.
Qeyd edək ki, tədbirdə dövlət qurumları ilə yanaşı, peşə təhsili sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri, tikinti sektorunun aparıcı şirkətlərinin rəhbərləri və Peşə Təhsil Müəssisələrinin rəhbər və müəllim heyəti iştirak edib.
Chosen
9
1
azadmedia.az

2Sources