EN

Emre Belozoğlu rəsmən “Antalyaspor”da

Türkiyəli futbol mütəxəssisi Emre Belozoğlu Super Liqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, ötən gün istefaya göndərilmiş braziliyalı mütəxəssis Aleks de Souzanı əvəz edib. Super Liqanın 19-cu turunda “Trabzonspor”a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb.

Xatırladaq ki, Aleks De Souza “Antalyaspor”a ötən ilin may ayında baş məşqçi təyin olunmuşdu. Həmin vaxt tərəflər arasında 2 illik müqavilə imzalamışdı. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 24 oyuna çıxarıb, 12 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət görüb.

“Antalyaspor” Türkiyə Super Liqasının cari mövsümündə 18 oyun keçirib, 6 qələbə qazanıb, 3 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Antalya təmsilçisi 21 xalla 19 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Emre Belozoğlu isə son olaraq ötən mövsüm “Ankaragücü” komandasının baş məşqçisi olub. O, 2024-cü ilin iyul ayında Ankara klubundan ayrılandan bəri işsiz idi.

Emre daha öncə “Fənərbaxça” və “Başakşəhər”də də baş məşqçi kimi çalışıb.

Chosen
9
1
arena.az

2Sources