EN

2024-cü ilin sonunadək ən populyar 10 yapon modeli…

...Yaponiya Avtomobil Dilerləri Assosiasiyası JADA 2024-cü ilin sonuna qədər ölkə bazarında ən populyar 10 yeni minik avtomobilinin reytinqini dərc edib.

SİA-nın məlumatına görə, Çıxan Günəş ölkəsində ən populyar avtomobil Toyota Corolladır - onun satışları 2023-cü illə müqayisədə 7,8 faiz artıb.

İkinci və üçüncü sıralar da Toyota-lara - müvafiq olaraq subkompakt Yaris və yığcam mikroavtobus Sienta-ya gedir. Onların satışları əhəmiyyətli dərəcədə azalıb.

Bu səbəbdən Yaris 2023-cü ildə tutduğu zirvəni itirdi. Statistikaya kei avtomobilləri haqqında məlumatlar daxil edilmir.

Beləliklə, 2024-cü ildə Yaponiyada ən populyar 10 yeni minik avtomobili:

-Toyota Corolla — 166 956 ədəd (2023-cü illə müqayisədə +7,6 faiz)

-Toyota Yaris — 166 162 ədəd (mənfi 14,5 faiz),

-Toyota Sienta — 111 090 (mənfi 16,1 faiz),

-Nissan Note — 101 766 (mənfi 0,7 faiz),

-Honda Freed — 85 368 (+10,1 faiz),

-Toyota Prius — 83 485 (mənfi 15,8 faiz),

-Nissan Serena — 80 899 (+6,9 faiz),

-Toyota Alphard — 79 374 (+49,5 faiz),

-Honda Vezel — 75 424 (+27,4 faiz),

-Toyota Voxy — 70 636 (mənfi 20,7 faiz).

Yaponiyada ən populyar yeni avtomobillərin illərə görə sıralaması: 2023, 2022, 2021, 2020, 2019, 2018, 2017, 2016, 2015, 2014, 2013, 2012.

Nazlı Almuradova

Chosen
7
sia.az

1Sources