EN

Blinkenə "Soyqırım naziri" şüarları ilə etiraz EDİLDİ

ABŞ Dövlət Katibi Antoni Blinkenə, vəzifəsinin son xarici siyasət çıxışını edərkən, "soyqırım naziri" və "sizi bağışlamayacağıq" şüarları ilə etiraz edilib.

Redaktor.az xəbər verir ki, Vaşinqtonda Atlantic Council düşüncə qurumunun təşkil etdiyi tədbirdə çıxış edən Blinken, Prezident Baydenin 4 illik xarici siyasətini qiymətləndirib.

Çıxışı zamanı ayağa qalxan nümayişçi, ABŞ-nin Qəzzada minlərlə uşağın ölümünə görə məsul olduğunu bildirərək, "soyqırım naziri" və "sizi  bağışlamayacağıq, bunları unutmayacağıq" deyə bağırıb.

Qısa müddət sonra, ikinci və üçüncü nümayişçilər də Blinkenə "soyqırım naziri" deyərək etiraz edib.

Seymur BƏNNAYEV 

Chosen
3
1
redaktor.az

2Sources