Emre Belözoğlu yenidən məşqçilik fəaliyyətinə başlayacaq.
İdman.biz xəbər verir ki, o, Türkiyənin "Antalyaspor" klubun baş məşqçisi təyin olunub.
44 yaşlı mütəxəssis bir gün əvvəl istefaya göndərilən Aleks de Souza ilə əvəzləyib. Belözoğlu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Emre bundan əvvəl "Fənərbaxça", "Başakşəhər" kimi klublarda işləyib. Onun son iş yeri isə "Ankaragücü" olub.
İdman.biz