EN

Türkiyədə işçiləri daşıyan servislər toqquşdu, 35 nəfər yaralandı

Türkiyənin Manisa şəhərində iki işçi servisinin toqquşması nəticəsində 35 kişi yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. 

İşçi servislerinin sürücüləri ilə birlikdə ümumilikdə 35 nəfər yaralanıb. Hadisə yerinə çox sayda tibb, polis və yanğınsöndürən heyəti göndərilib.

Servislərdən sıxışan yaralılar, yanğınsöndürənlərin uzun müddət davam edən əməliyyatı ilə çıxarılıb. Yaralılar, tibb heyətinin ilkin müdaxiləsindən sonra yaxın xəstəxanalara yerləşdirilib. Hadisə səbəbindən yol qısa müddətə bağlanıb, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seymur BƏNNAYEV 

Chosen
2
3
redaktor.az

9Sources