Ukrayna Qərb istehsalı olan Yerüstü Taktiki Raket Sistemləri (ATACMS) və “Fırtına kölgəsi” qanadlı raketləri ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Ukrayna ərazisindən Bryansk vilayətindəki Rusiya qüvvələrinə raket və pilotsuz uçuş aparatları ilə hücuma cəhd edilib. Açıqlamada, ABŞ istehsalı olan 6 ədəd ATACMS raketinin, Böyük Britaniya istehsalı olan 6 ədəd “Storm Shadow” raketinin və 31 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Hücum cəhdində ölən və yaralananın olmadığı qeyd edilib. Açıqlamada qeyd edilib ki, Qərb tərəfindən dəstəklənən Kiyev rəhbərliyinin hərəkətləri cavabsız qalmayacaq. Qeyd edək ki, ABŞ və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirmək icazəsi vermişdi.