Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, təmaslar zamanı Ukraynanın hava hücumundan müdafiə sisteminin inkişafı, ölkənin müdafiə sənayesinə investisiyalar və Ukrayna əsgərlərinin təlimlərinə dair mövzular müzakirə edilib.