Kriştiano Ronaldo möhtəşəm karyerası ərzində daha bir unikal göstəriciyə nail olub.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu qol vurmaq bacarığı sayəsində növbəti rekorda imza atıb.
“Əl-Nəssr”in hücumçusu buna Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunun “Əl-Ohdud”la oyununda nail olub. “Əl-Nəssr”in 3:1 hesabıyla qalib gəldiyi oyunda Sadio Mane 2, Ronaldo 1 qol vurub. Portuqaliyalı hücumçu karyerasında ardıcıl 24 ilin hər birində qol vuran ilk futbolçu adını qazanıb.
39 yaşlı Kriştiano peşəkar səviyyədə ilk qolunu 2002-ci ilin oktyabrında “Sportinq”də çıxış edərkən Portuqaliya çempionatında “Moreyrense”nin qapısından keçirib. O, həmin oyunda dubl edib.