Prezident Donald Trampın rəhbərliyi altında ABŞ Hind-Sakit Okean regionunda Çin təcavüzünün qarşısını almaq üçün səylərini gücləndirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun rəhbəri vəzifəsinə namizəd Pit Heqset deyib.
“Biz Hind-Sakit Okean regionunda kommunist Çinin təcavüzünün qarşısını almaq üçün tərəfdaşlar və müttəfiqlərlə işləyəcəyik”, - o, Senatdakı dinləmələrdə deyib.
Heqset qeyd edib ki, Tramp administrasiyası resursları daha ciddi təhlükələrə yönəltmək üçün uzun sürən müharibələrə son qoymağı planlaşdırır.
Müəllif: Arzu