EN

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.

Sfera.az xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri sazişin bağlanmasını ABŞ və Ermənistan arasında münasibətlərdə mühüm nailiyyət adlandırıb.
 

“Biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, - deyə dövlət katibi bildirib.

O qeyd edib ki, komissiya çərçivəsində Vaşinqton və İrəvan arasında qarşılıqlı fəaliyyət geniş sahələrdə, o cümlədən iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrində genişlənəcək.

İnci
 

Chosen
2
1
sfera.az

10Sources