EN

Məktəbli prezidentin əlini sıxmaqdan imtina etdi

Slovakiyada orta məktəb şagirdi Simon Omanik yanvarın 13-də prezident sarayında keçirilən bayram tədbiri zamanı ölkə prezidenti Peter Pelleqrini ilə əl sıxmaqdan imtina edib.

Omanik Pelleqrinini prezident seçkilərində saxtakarlıq yolu ilə qalib gəlməkdə, xüsusən də işğalçı ölkə Rusiyanın başlatdığı Ukrayna müharibəsi mövzusunu manipulyasiya etməkdə ittiham edib. “Populistlərin hər seçkidə təkrar etdiyi ucuz ərzaq və ucuz qazla bağlı populist vədləri ilə yanaşı, öz rəqibini də bizi Ukraynaya müharibəyə göndərməkdə günahlandırıb. Amma o bizi heç vaxt ora göndərməzdi”, – deyə tələbə bildirib.

O, hesab edir ki, Pelleqrini bu yalanı ilə Slovakiya əhalisinin bəzi təbəqələrində qorxu və anti-Ukrayna əhval-ruhiyyəsi yaratmaq istəyib. “Belə insanlarla əl sıxmaq onlarla ünsiyyət qurmaq deməkdir. Mən onunla razı deyiləm və onun saxtakar və yalançı olduğunu düşünürəm”, – Omanik izah edib.

//Samir Qurbanov, Editor.az

Chosen
3
editor.az

1Sources