ABŞ Ermənistana Sərhəd Təhlükəsizliyi İşçi Qrupu göndərəcək
Ucnoqta.az xəbər verir ki, ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması zamanı ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün birgə fəaliyyət göstərmək üçün gələn həftə sərhəd təhlükəsizliyi üzrə xüsusi təyinatlı qrup Ermənistana səfər edəcək.
“Biz bu istiqamətdə müvafiq işi gücləndirəcəyik”, - deyə dövlət katibi qeyd edib.