EN

Parisdə daha bir rüsvayçılıq- 100 idmançı medallarını Makronun üstünə atdı...

Image

Fransada keçirilən Yay Olimpiya Oyunlarının qaliblərinə verilən gümüş və bürünc medallar qəlp çıxdı

Ötən il Parisdə keçirilən dünyanin ən məşhur kütləvi idman yarışı olan Yay Olimpiya Oyunlarında keçirilən "gey-parad" sən demə biabırçılığın yalnız görünən tərəfi imiş. Yəni "aysberqin əsas hissəsi suyun altında" gizlənibmiş. İndiyə qədər Yay Olimpiya Oyunları tarixində hələ bu səviyyədə biabırçı saxtakarlıq olmayıb.

Belə ki, məşhur Fransa nəşri olan La Lettre-nin çap etdiyi məqalədən aydın olur ki, Olimpiada iştirakçılarına verilən gümüş və bürünc medallar saxta-qəlp olub. Qaydalara əsasən qaliblərə təqdim edilən medalların materialı əslində adına müvafiq olan yüksək əyarlı metaldan hazırlanmalıdır. Yəni bürünc medalın medalyon hissəsi bürüncdən, gümüş medalin isə medalyon hissəsi gümüşdən hazırlanmalıdır. Lakin Paris hökumətindən Sikkəxanaya verilən sifarişə əsasən həmin medalların medalyon hissəsini adi dəmirdən hazırlayaraq sonrada lak vasitəsilə sözügedən əyarlı metalların effekti alınmalı imiş. Lakin qəza bəd gətirib, Sikkəxana laklarının keyfiyyəti layihədə nəzərdə tutulduğundan aşağı olub. Ona görə də medalların bir hissəsi hələ təqdimata qədər keyfiyyətini itirib - medalin lakları qopub. Digər hissəsi isə təqdimatdan sonra öz görkəmini itirib.

Hazırda o müzakirə edilmir ki, rəsmi Paris Dünya Olimpiya Komitəsini aldadaraq medalları bürüncdən və gümüşdən deyil, adi dəmirdən hazırlayıb. İndi yalniz Paris Sikkəxanasınasında lakların keyfiyyətsiz olması müzakirə edilir.

Paris Sikkəxanasında La Lettre tərəfindən hələ Paris Olimpiadasından əvvəl (01/29/24 tarixdə) hazırlanan Olimpiya medallarında yaranan çatların problemləri təşkilat komitəsinin yuxarı orqanlarında müəyyən həyəcan yaratmışdı. Məlumata görə, Paris Sikkəxanasının baş direktoru Mark Şvarts öz istehsal müəssisəsinin üç əsas rəhbər vəzifəli şəxsini təcili olaraq qurban verib.

Onun sənaye direktoru Jacky Frehel noyabrın sonunda şirkətlə vidalaşmalı olub. Olimpiya medallarının istehsalına cavabdeh olan Paris şırkətinin istehsal direktoru Eric Matte ertəsi gün görüşlərdə iştirak etməli olsa da, oktyabrın 2-dən bəri artıq işə çıxmır.

Keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin rəhbəri Helene Juton, öz növbəsində, dekabrın 13-də şirkətin ofisini tərk etdi.

Adi qırılmalar şəklində baş verən bu məcburi gedişlər öz mənşəyini ötən ilin yayında Olimpiya və Paralimpiya idmançılarına verilən medalların laklarında yaranan keyfiyyət problemlərindən götürüb.

La Lettre-nin məlumatına görə, dörd ay ərzində 100-dən çox qüsurlu medal narazı idmançılar tərəfindən Paris-2024 Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə (Cojop) qaytarılıb.

Hələ avqustun 2-də amerikalı skeytbordçu Nyjah Huston podiumdan qayıtdıqdan cəmi on gün sonra özünün bürünc mükafatını pis vəziyyətdə sosial şəbəkələrdə yerləşdirib.

Üzgüçü Maxime Grousset medal qazandıqdan beş gün sonra, avqustun 9-da eyni hadisəni müşahidə edib.

Təxminən avqustun 15-də La Monnaie-nin baş direktoru Mark Şvarts təşkilatın Parisdəki mənzil-qərargahında - Quai de Conti-də baş vermiş hadisəni müzakirə etmək üçün məzuniyyətlərini dayandırmaq məcburiyyətində qalan vəzifəli şəxsləri Jacky Frehel, Eric Matte və Helene Jutonu təcili olaraq geri çağırmalı oldu. Ovaxtdan bəri idmançıların medalları ilə bağlı şikayətləri çoxalıb və virusa çevrilib. İki həftə əvvəl 4x100 m qaçış yarışının qalibləri Yohann Ndoye Brouard və Clement Secchi öz növbəsində çox zədələnmiş bürünc medallarının fotolarını X və Instagram-da paylaşıblar.

Əslində, Paris Sikkəxanası Olimpiadanın başlamasına xeyli qalmış qüsurlu laklar ilə mübarizə aparır. La Lettre-nin o zaman açıqladığı kimi, nüfuzlu ictimai qurumun problemləri ən böyük xarici müştərisi olan telekommunikasiya nəhəngi Huawei ilə başlayıb. Çin qrupu müntəzəm olaraq əmək medalları sifariş edir və bu medalları ən layiqli işçilərinə paylayır. 2023-cü ilin oktyabr ayında təqdim edilən medallarda çatları görərək 12 000-dən çox qüsurlu medal partiyasını geri qaytaran işçilərinin məyus olduğunu bildirdi. Epizod emalatxanalarda yaxşı qarşılanmayıb. Çünki burada söhbət ”Made in France" keyfiyyətini beynəlxalq səviyyədə təcəssüm etdirən min illik bir qurumun güclü Asiya müştərisindən gedir ki, o, artıq etimadın itrildiyini bildirmişdir. Artıq Paris Sikkəxanası ötən il ərzində buraxdığı keyfiyyətsiz medalların bərpa edilməsi ilə məşğuldur.

Amma hələ də Beynəlxalq Olimpiya Komitəsi (BOK) təqdim edilən gümüş və bürünc medalların materiallarının standartlara uyğun olmamasi ilə bağlı Fransa hökuməti qarşısında məsələ qaldırmayıb.

Akif NƏSİRLİ





Chosen
2
baki-xeber.com

1Sources