EN

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

Bakı, 14 yanvar, AZƏRTAC

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.

Qeyd edilib ki, Salamın varisi daha sonra Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən seçiləcək. Yeni hakimin səlahiyyət müddəti də 2027-ci ilin fevralında başa çatacaq.

Bundan əvvəl Livan Prezidenti Cozef Aun Navaf Salamı respublikanın Baş naziri təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini qazanıb.

Chosen
4
14
azertag.az

10Sources