Qeyd edək ki, Vaşinqton qadağanı ABŞ-də “avtomobil təchizat zəncirini” “kiber təhdidlərdən” qorumaq məqsədilə tətbiq edir. Qərar xüsusilə 2027-ci il model sıralarından başlayaraq “Bluetooth” və “WiFi” modullarına, peyk və mobil rabitəyə qoşulma texnologiyalarına və avtomatlaşdırılmış sürücülük sistemlərinə şamil edilir. Məhdudlaşdırıcı tədbirlərə həmçinin Rusiya və ya Çin iştirakı olan şirkətlər tərəfindən ölkədə istehsal edilmiş avtomobillərin Birləşmiş Ştatlar ərazisində satışının qadağan edilməsi də daxildir.