EN

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir

Astana, 14 yanvar, AZƏRTAC

Kommunikasiya imkanlarının daha da genişləndirilməsi məqsədilə Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizini inkişaf etdirmək, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas rol oynamaq niyyətindədir.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Abu-Dabi Davamlı İnkişaf Həftəsi” sammitində çıxış edən Prezident Qazaxıstanın avtomobil, dəmir yolu, hava və dəniz limanları da daxil olmaqla, nəqliyyat infrastrukturuna fəal şəkildə sərmayə yatırdığını diqqətə çatdırıb.

“Biz həm regional qarşılıqlı əlaqəni gücləndirən, həm də davamlı iqtisadi artımı təmin edən təchizat zəncirləri yaratmağı hədəfləyirik”, - deyə dövlət başçısı qeyd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
9
5
azertag.az

6Sources