ABŞ Ticarət Nazirliyi Rusiya və Çin texnologiyaları olan avtomobillərin satışını qadağan edib.
ABŞ Ticarət Nazirliyi Rusiya və ya Çin texnologiyalarından istifadə edilərək istehsal edilmiş internet bağlantılı minik avtomobillərinin idxalını və satışını qadağan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Ticarət Nazirliyi ÇXR və Rusiyadan internetə qoşulan avtomobillər üçün aparat və proqram sistemlərinin, həmçinin internetə qoşulan hazır nəqliyyat vasitələrinin satışı və idxalını yasaqlayan yekun qərar dərc edib”, – bəyanatda deyilib.