EN

Naxçıvanda “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Naxçıvan şəhəri İstiqlal küçəsi ev 95 ünvanında fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb.

Agentliyin mətbuat xidmətindən Hurriyyet.Az-a bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanıb. Eyni zamanda istifadə olunan dondurma, limonad və kolbasa məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub. Obyektdən üzərində markalanma aparılmayan ev şəraitində qablaşdırılmış turşular aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istifadəyə yararsız məhsullar kənarlaşdırılıb. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək.

17368668436642963 17368668432601340278 17368668435418646021 17368668435088613128  1736866843138446318 1736866843814556076

 

Chosen
3
6
hurriyyet.az

7Sources