EN

Lavrov: Yaponiya və Almaniya ABŞ-ın fikrinə qarşı “söz deməyə cəsarət etmirlər”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqton ABŞ-ın fikrinə qarşı “bir söz deməyə cəsarət etməyən” Yaponiya və Almaniyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü etmək istəyir.

NOCOMMENT.az xəbər verir ki, o, bunu 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Lavrovun sözlərinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə əsas namizədlər sırasında Almaniya və Yaponiyanın adını çəkir.

Lakin nazirin qeyd etdiyi kimi, bu ölkələr dünya siyasətində müstəqil söz sahibi deyil.

“ABŞ onlara birbaşa müdaxilə etdikdə, onlar səsini çıxarmağa cəsarət etmirlər”, – Lavrov əlavə edib.

Chosen
4
nocomment.az

1Sources