EN

Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib

Nigerin paytaxtı Niameydə yüzlərlə insan küçələrə çıxaraq ölkədə hakim olan Vətəni Müdafiə Milli Şurasına dəstək vermək, eləcə də imperializmi və neokolonializmi pisləmək üçün aksiya keçirib.

"ÖlkÉ™.az" xÉ™bÉ™r verir ki, aksiya tÉ™hsil işçilÉ™rinin hÉ™mkarlar ittifaqının təşəbbüsü ilÉ™ təşkil edilib.

Nümayişçilər neokolonializmə qarşı mübarizə apardığına, ölkəni Fransa və ABŞ-nin təsir dairəsindən çıxardığına görə yeni hakimiyyətə təşəkkür ediblər.

Nümayişdə müxtəlif partiyaların və həmkarlar ittifaqı birliklərinin nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları xarici çağırışlara qarşı mübarizədə və millətin birləşməsində gənclərin mühüm rolunu vurğulayıb, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə qarşı mövqeyini tənqid ediblər.(oxu.az)

Chosen
3
3
olke.az

4Sources