EN

Blinken: “Qəzzada atəşkəs həmişəkindən daha yaxındır”

ABŞ dövlət katibi Antoni Blinken vəzifəsini tərk etməzdən əvvəl Vaşinqton Atlantika Şurasında çıxış edib. 

Bizim.Media xəbər verir ki, Qəzza zolağında atəşkəs razılaşmasının əvvəlkindən daha yaxın olduğunu deyib və yaxın saatlarda və ya günlərdə HƏMAS-dan yekun razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.

Bundan başqa, Blinken ABŞ-nin Qəzzada asayişi qorumaq üçün beynəlxalq missiya yaratmaq təklifindən danışıb.

Onun sözlərinə görə, Fələstin Administrasiyası əsas mülki vəzifələri yerinə yetirəcək və İsraillə koordinasiyanı həyata keçirəcək müvəqqəti administrasiyanın formalaşdırılmasına və fəaliyyətinə kömək etmək üçün beynəlxalq tərəfdaşları dəvət etməlidir.

Bizim.Media

Chosen
3
bizim.media

1Sources