Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa verib.Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Onun BMT məhkəməsinin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.
Livan Prezidenti Cozef Aun ötən gün Navaf Salamı ölkənin Baş naziri təyin edib və yeni hökuməti formalaşdırmağı ona həvalə edib.
www.anews.az