EN

Deputata qarşı sui-qəsd hazılayan gəncə cinayət işi açıldı

Saratov vilayətindən olan yeniyetmə yerli deputata hücum etməyə hazırlaşmaqda şübhəli bilinəndən sonra cinayət işinə qarışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi "Teleqram" kanalında məlumat yayıb.

İlkin məlumata görə, gənc bir qrup naməlum şəxslə sui-qəsd planı qurub. Qrup Saratov Vilayət Dumasının deputatlarından birinə hücum etməyə cəhd edib . Bunun üçün azyaşlı özünü çəkiclə silahlandıraraq deputatın yaşayış yerinə yollanıb. Amma gələndən sonra millət vəkilinin evdə olmadığını öyrənib və ərazidən uzaqlaşıb.

Bundan başqa sui-qəsd təşkil etmək planını davam etdirən gənc daha sonra deputatın yerini müəyyən etməyə çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı planını həyata keçirməmiş onu saxlayıb.


Müəllif: Arzu
Chosen
13
teleqraf.com

1Sources