“Barselona”nın prezidenti Xuan Laporta komandanın müdafiəçisi Ronald Arauxonun mümkün gedişi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Arauxonun komandada qalmasını istədiyini söyləyib:
Arauxo? Bu barədə Dekudan (klub rəsmisi) soruşun.
Mən onun qalmasını istəyirəm. Düşünürəm ki, biz həll yolu tapa bilərik”.
Arauxo daha əvvəl “Barselona”dan ayrılmaq istədiyini bildirmişdi və artıq “Yuventus”a keçməyə yaxın idi. Ancaq İniqo Martines zədələndikdən sonra kataloniyalılar onu saxlamaq qərarına gəliblər.
25 yaşlı uruqvaylı futbolçu bu mövsüm bütün turnirlərdə cəmi iki oyun keçirib. O, mövsümün ilk yarısını zədəsini sağaltmağa sərf edib.