ABŞ gələn həftə sərhədin qorunması və möhkəmləndirilməsi istiqamətində birgə iş aparmaq üçün Ermənistana xüsusi qrup göndərəcək.Bunu ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.
"Biz Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində də işləyirik və xüsusən də onun öz ərazisi üzərində müstəqilliyini və suverenliyini təsdiq etmək səylərini dəstəkləyirik. Yaxın həftələrdə Gömrük və Sərhəd Patrul komandamız sərhəd təhlükəsizliyi potensialının yaradılması, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və Ermənistanın sülhməramlı imkanlarının artırılması üçün erməni həmkarlarımızla işləmək üçün Ermənistana səfər edəcək”, - dövlət katibi qeyd edib.
www.anews.az