EN

Britaniyalı nazir Banqladeşdə korrupsiya istintaqı ilə əlaqədar vəzifəsindən istefa verib

London, 15 yanvar, AZƏRTAC

Britaniyalı nazir Tulip Siddiq Banqladeşin sabiq baş naziri olan xalası Şeyx Hasinanın adı hallandığı bir sıra korrupsiya istintaqları ilə əlaqədar Britaniya hökumətinin antikorrupsiya naziri vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, o, partiya lideri Kir Starmerə ünvanladığı istefa məktubunda mövqeyinin diqqəti yayındırdığına görə vəzifəsindən çəkildiyini bildirib və ona göstərilən etimada görə təşəkkür edib.

T.Siddiqin adı bu yaxınlarda Banqladeşdə infrastruktur layihələrinə ayrılan vəsaitdən ailəsinin təxminən 3,9 milyard funt-sterlinq mənimsədiyinə dair iddialarla bağlı aparılan istintaqda da hallanıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
4
azertag.az

1Sources