Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam istefa verib.
E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Salamın vəzifəsini icra edəcək şəxs daha sonra BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək.
Bundan əvvəl Livan prezidenti Cozef Aun Salamı respublikanın Baş naziri təyin edərək ona yeni hökuməti qurmağı tapşırıb.