Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ bölgədə İŞİD-in yenidən canlanmasının qarşısını almaq üçün Suriyada hərbi varlığını saxlayır.
“Bizim Suriyada kiçik hərbi kontingentimiz var və onun yeganə məqsədi İŞİD-ə qarşı mübarizəni davam etdirməkdir. Şübhə yoxdur ki, İD Suriyadakı qeyri-müəyyənlikdən istifadə etməyə çalışır”.
Bundan əvvəl ABŞ Suriyada dövlət qurumları ilə müəyyən maliyyə əməliyyatlarının aparılmasına müvəqqəti icazə verib.
Suriyanın yeni administrasiyası ölkənin şimalında yerləşən Kürdüstan Fəhlə Partiyası yaraqlılarından qeyd-şərtsiz silahlarını yerə qoymağı tələb edib.
DOĞRU.AZ