EN

Blinken və Ostin Rusiya-Ukrayna müharibəsini müzakirə etdilər

Cəbhədəki problemlərə baxmayaraq, Ukrayna güclü ölkə olaraq qalır, Rusiya isə artan dilemmalarla üzləşir.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinken danışıblar.

Onlar bildirirlər ki, Rusiya prezidenti Vladimir Putin getdikcə daha çox ağrılı dilemma ilə üzləşib - minimal qazanca görə böyük itkilər vermək və ya münaqişəyə son qoymaq üçün Kiyevlə razılığa gəlmək.

Ostin və Blinken vurğulayıblar ki, Qərbin Ukraynaya yardımı və Rusiyaya qarşı sanksiyalar Kiyevə və Ağ Evin gələcək administrasiyasına münaqişəni dayandırmaq və davamlı sülhün bərqərar olması üçün “rıçaq” verir.


Müəllif: Arzu
Chosen
5
teleqraf.com

1Sources