EN

Trampın bu açıqlamaları mübahisəlidir - Tusk

Donald Trampın Qrenlandiyanın ərazi kimliyi ilə bağlı açıqlamaları mübahisəlidir.

Axar.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə bildirib.

“Bütün bunlar müəyyən narahatlıq doğurur”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, yanvarın 7-də Tramp milli təhlükəsizliyi təmin etmək üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmalı olduğu barədə açıqlama verib.

Chosen
4
2
axar.az

4Sources