Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 21-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alınsığı “Vest Hem” – “Fulhem” matçında meydan sahibləri qələbə qazanıblar.
Son çempion “Mançester Siti” səfərdə “Brentford”la, “Çelsi” isə evdə “Bornmut”la oyundan xal itkisi ilə ayrılıb. Hər iki oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Lider “Liverpul” da “Nottingem Forest”lə səfər oyunundan xal itkisi ilə ayrılıb.
21-ci turun qalan görüşləri yanvarın 15-də və 16-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
21-ci tur
14 yanvar
Brentford – Mançester Siti 2:2
Qollar: Vissa, 82. Norqard, 90+2 – Foden, 66; 78.
Çelsi – Bornmut 2:2
Qollar: Palmer, 13. R.Ceyms, 90+5 – Kluyvert, 50-pen. Semenyo, 68.
Vest Hem – Fulhem 3:2
Qollar: Soler, 31. Souçek, 33. Paketa, 67 – İvobi, 51; 78.
Nottingem Forest – Liverpul 1:1
Qollar: Vud, 8 – D.Jota, 66.
15 yanvar
23:30. Everton – Aston Villa
23:30. Lester Siti – Kristal Pelas
23:30. Nyukasl – Vulverhempton
00:00. Arsenal – Tottenhem
16 yanvar
23:30. İpsviç Taun – Brayton
00:00. Mançester Yunayted – Sauthempton