EN

ABŞ İrəvana xüsusi qrup göndərir

"ABŞ gələn həftə sərhədin qorunması və möhkəmləndirilməsi istiqamətində birgə iş aparmaq üçün Ermənistana xüsusi qrup göndərəcək”. SİA "Armenpress”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib. Tərəflər sənədi münasibətlərdə təməl nailiyyət adlandırıblar. Blinkenin sözlərinə görə, iki tərəfdaş ölkə iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət, inklüzivlik və insanların qarşılıqlı əlaqəsi kimi bir sıra əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə imkan yaradan Strateji Tərəfdaşlıq Komissiyası yaradır.Mirzoyan vurğulayıb ki, Ermənistanla ABŞ arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib və strateji tərəfdaşlığın qurulması nəinki müasir reallıqları əks etdirir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində həlledici əhəmiyyətə malikdir.

Chosen
5
5
sia.az

10Sources