EN

KİV: Trampın ABŞ-ın genişlənməsi ilə bağlı hədələrini Rusiya və Çin üçün faydalıdır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya, Kanada və Panamanı alaraq ölkə ərazisini genişləndirmək planları Moskva və Pekinə sərf edəcək...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

Məqalə müəllifinin fikrincə, Trampın Qrenlandiya, Kanada və Panama ilə təhdidləri Rusiya və Çinə strateji üstünlük verir. Əgər seçilmiş Amerika prezidenti Qrenlandiya və Panama kanalını ələ keçirmək zərurətindən danışa bilirsə, o zaman Rusiya və Çinin də Ukrayna və Tayvanda öz milli maraqlarını müdafiə etmək hüququ var.

Qəzet qeyd edib ki, Trampın bu cür bəyanatları Moskva və Pekinə mütləq hədiyyədir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyi isə Trampın rəsmi olaraq vəzifəyə başlamasını gözləməyə çağırıb.

Poliqon.info

Chosen
16
1
poliqon.info

2Sources