EN

Kuba 550-dən çox məhbusu humanitar əsaslarla azad edəcək

Bakı. Trend:

Kuba prezidenti Miqel Diaş-Kanel müxtəlif cinayətlərə görəməhkum edilmiş 553 məhbusun azad edilməsi barədə qərar qəbuledildiyini elan edib.

Trend xəbər verirki, dövlət başçısı bu barədə özünün X (əvvəlki Twitter) səhifəsindəpaylaşım edib. “Bizim normal qanunvericilik təcrübəmizə uyğunolaraq, 553 nəfərin azad edilməsi ilə bağlı birtərəfli və suverenqərar qəbul etdik. Bu qərar Vatikan Dövləti ilə sıx əlaqələr vəPapa Fransiskin elan etdiyi 2025-ci ilin Yubileyi ruhunda qəbuledilib,” - deyə Diaş-Kanel bildirib.

Kuba Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki,məhbusların azad edilməsi humanitar yanaşmanın davamıdır və Karibrespublikasının yurisdiksiya sistemində adi təcrübə hesab olunur.2023-2024-cü illərdə bu çərçivədə müxtəlif cinayətlərə görə məhkumedilmiş 10 mindən çox şəxs azadlığa buraxılıb.

Qeyd olunur ki, bu addım həm milli qanunvericiliyin humanistdəyərlərini, həm də beynəlxalq əməkdaşlıq ruhunu əks etdirir.

Chosen
13
az.trend.az

1Sources