Aİ-də 100-dən çox insan supermarketdə dondurulmuş qaragilə alarkən hepatitə yoluxmuş ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Albert Heijn" supermarketlər şəbəkəsinin saytında məlumat verilib.
"Yüzlərlə insanın artıq yoluxması mümkündür", - deyə şirkət xəbərdarlıq edib.
Ən azı iki nəfərin giləmeyvə yedikdən sonra xəstəxanaya yerləşdirildiyi məlumdur. Alıcılar hipermarketə qaragiləni qaytarmağa təşviq edilir və alış qiymətini geri qaytarmağa söz verilir.