Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ federal hökumətinin büdcə kəsiri 2024-cü ilin dekabrında əvvəlki ilin eyni ayı ilə müqayisədə 33 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 2024-cü ilin dekabr ayına dair büdcə balansı hesabatını yayımlayıb.
Hesabata görə, 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə sona çatacaq 2025-ci maliyyə ilinin üçüncü ayında federal hökumətin büdcə kəsiri 87 milyard dollar təşkil edib.
Federal hökumət əvvəlki ilin dekabr ayında 129 milyard dollarlıq büdcə kəsiri vermişdi. Beləliklə, büdcə kəsiri 2024-cü ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 33 faiz azalıb.
Bu dövrdə büdcə balansına dair bazar proqnozu 80 milyard dollarlıq kəsir olacağı istiqamətində idi.