“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Futbolpress.az xəbər verir ki, hazırdaa “Red Bull” şirkətinin idman bölməsinə rəhbərlik edən mütəxəssis gələcəkdə hansısa komandanı çalışdıra biləcəyini söyləyib:
“Red Bull”da məşqçi olmayacağam. Amma bu, o demək deyil ki, məşqçi karyeramı bitirmişəm”.
Klopp karyerası ərzində “Maynts”, “Borussiya” (Dortmund) və “Liverpul”da işləyib. O, mövsümün əvvəlində “Liverpul”dan ayrılıb.