Alma-Ata - Ust-Kamenoqorsk avtomobil yolunda dumanlı şəraitdə güclü qəza baş verib, 18 avtomobil toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kazavtoyol” avtomobil yollarının idarə olunması üzrə milli operatorun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, qəza qatı duman şəraitində baş verib.
Ölən və xəsarət alan yoxdur.
Şirkətdən bildirilib ki, qəzaya səbəb sürücülərin məhdud görünmə şəraitində sürət həddinə riayət etməməsi və təhlükəsiz məsafəni saxlamaması olub.