EN

Səhm dövriyyəsi kəskin artan 4 şirkət - SİYAHI

Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhmlər üzrə dövriyyələrinin dinamikası açınlayıb.

FED.az xəbər verir ki,  səhm üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin səhm üzrə dövriyyəsi illik müqayisə ilə 1 835,7 dəfə və ya 113,46 milyon manat artıb.

"Capital Partners İnvestisiya Şirkəti"-nin səhm  üzrə dövriyyəsi 830,4 dəfə və ya 4,1 milyon manat yüksəlib.

Bu dövrdə "Unicapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 5,2 dəfə, başqa sözlə 1,4 milyon manat artım qeydə alınıb.

"CPM-İnvest İnvestisiya Şirkəti"nin səhm üzrə dövriyyəsi 2,1 dəfə və ya 1,8 milyon manat artıb.

Chosen
1
2
fed.az

3Sources