EN

Adnan Əhmədzadə bu komandaya sponsor oldu, yarım milyon ayırdı

"Mingeçevir"in sponsor intizarı başa çatır.

I Liqa təmsilçisi bu gün himayədarı ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq.

Mərasim Bakıda keçiriləcək.

"İşıqlar şəhəri"nin eyniadlı komandası bundan sonra ASTA-nın (Azerbaijan Sport Talents Academy). "çətir"i altında fəaliyyət göstərəcək.

Uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılan bu akademiya iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdur.

O, Mingəçevir klubuna sponsor olmaq istəyir və bu məqsədlə AFFA-ya müraciət edib.

Əhmədzadənin nümayəndəsi federasiyanın İcraiyyə Komitəsinin son toplantısına qatılıb və şəhərin futbol həyatıyla bağlı layihəni təqdim eləyib.

Əhmədzadə futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər etmişdi.

O, uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutub. Bu qurumda investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinədək yüksəlib.

Hazırda Avropa və Asiyada biznes fəaliyyəti ilə məşğul olan iş adamı, bizdəki məlumata görə, "Mingəçevir"ə ilkin mərhələdə 500 min manat ayırıb.

Komandanın sükanı Füzuli Məmmədova tapşırılıb. Amma Əhmədzadənin istəyi ilə yox. Adam heç onu tanımır da.

Məmmədov bura AFFA-dakı tanışları vasitəsilə gətirilib.

Son olaraq U-18 yığmasını çalışdırmış mütəxəssis federasiyanın Texniki direktoru Cahangir Həsənzadə və Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin təqdimatı ilə komandanın başına keçib.

Onun qarşısına "Mingəçevir"i I Liqada sazlamaq vəzifəsi qoyulub. Oyun "alver"inə qurşanmış kollektivin 13 turdan sonra 6 xalla turnir cədvəlinin son pilləsində yer almasını xatırladaq.

SPORTİNFO.AZ

Chosen
4
1
sportinfo.az

2Sources