EN

Bağçada dəhşət - 11 uşaq xəsarət aldı

Rusiyanın Anadır şəhərində uşaq bağçasının otağının kvarsla (otaqların, əşyaların və insan bədəninin kvars və ya bakterisid lampadan ultrabənövşəyi şüalanma ilə müalicəsi (dezinfeksiya) prosesi) işlənməsi nəticəsində 11 uşaq xəsarət alıb. 

Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, yanvarın 14-də “Skazka” uşaq bağçasının 11 şagirdinin valideynləri uşaqların göz ətrafında qızartı şikayətləri ilə həkimə müraciət etmək məcburiyyətində qalıblar. Buna qrupun yerləşdiyi otağın kvarslanması səbəb olub. Uşaq poliklinikasının oftalmoloqu müayinədən sonra 10 uşağa göz qapaqlarının və periorbital nahiyənin yüngül yanıq xəsarəti diaqnozu qoyub. Bir uşaqda orta dərəcəli yanıq xəsarətləri olub. Azyaşlılar ambulator müalicə alacaq, xəstəxanaya yerləşdirmə tələb olunmayıb.

Yanvarın 15-də bir gün əvvəl tibb müəssisəsinə gələn 8 uşaq artıq bağçaya qayıdıb.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün xidməti araşdırma başladılıb.


Chosen
6
soz.az

1Sources