EN

Pezeşkiyan: "İran öz regional nüfuzunu qoruyur"

Bu sözləri İran Prezidenti Məsud Pezeşkiyan "NBC News" telekanalınamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, "baş verən hadisələrin Tehranın siyasi-iqtisadi gücünə də təsir göstərməyib".

"Keçən illə müqayisədə ölkə daxilində vəziyyət daha sabit, daha möhkəmik. Nüfuz dairəmiz, təhlükəsizlik gücümüz xüsusilə artıb", - o deyib.

Pezeşkiyan vurğulayıb ki, İranın nüvə obyektləri hədəfə alınarsa, ölkə özünü müdafiəyə hazırdır:

"Əlbəttə, istənilən həmləyə cavab verəcəyik. Müharibədən qorxmuruq, amma müharibəyə meyilli də deyilik. Hər halda, toqquşma baş verərsə, təkcə bizim yox, bütün tərəflər ziyan görəcək".

O, eyni zamanda, diqqətə çatdırıb ki, "Tehranın nüvə silahı yaratmaq niyyəti yoxdur".

Firudin Həmidli
AzVision.az
Chosen
7
1
azvision.az

2Sources