Bakı,TurkicWorld
Türkiyənin pilotsuz təyyarə istehsalçısı Baykar şirkətinin də ortağı olduğu "Fergani Space" şirkətinin ilk peyki SpaceX-in "Transporter-12" missiyası çərçivəsində kosmosa göndərilib.
TurkicWorld xəbər verir ki, buraxılış ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.
"20 illik hədəfə çatdıqdan sonra bir az da irəli getdik və kosmosun tədqiqinə başladıq," – deyə "Baykar" şirkətinin sədri Səlcuq Bayraktar bildirib.
O qeyd edib ki, "Fergani" layihəsi çərçivəsində türk mühəndisləri qlobal mövqeləşdirmə sistemi yaratmaq üzərində çalışırlar. Səlcuq Bayraktar əlavə edib ki, "Fergani" peyki üçün hidrogen peroksid mühərrikinin sınaqları 2024-cü ilin may ayında uğurla həyata keçirilib.