Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin ilk 6 ayının audit olunmamış hesabatını aaçıqlayıb.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında SOCAR-ın gəlirləri 45 milyard 54 milyon manat, satışın maya dəyəri isə 41 milyard 347 milyon manatdır.
2023-cü ilin audit olunmuş hesabatı ilə müqayisədə gəlirlər 2 milyard 873 milyon manat (6.8%), satışın maya dəyəri üzrə xərcləri isə 3 milyard 809 milyon manat (10,1%) artıb.
Beləliklə, şirkətin cəmi mənfəəti 3 milyard 707 milyon manat olub.
Dövlət şirkətinin ümumi inzibati xərcləri 953 milyon manat, paylaşdırma xərcləri 954 milyon manat, sosial xərcləri 136 milyon manat, sair əməliyyat xərcləri 655 milyon manat, sair əməliyyat gəlirləri 156 milyon manata bərabər olub
Ötən ilin ilk yarımilində əməliyyat fəaliyyətindən ümumilikdə 1 milyard 252 milyon manat əldə olunub.
Dövlət Neft Şirkəti ötən ili 460 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra milyard 1milyard 545 milyon manat xalis mənfəətlə başa vurub. Xalis mənfəətin həcmi illik müqayisədə 131 milyon manat (9,3%) artım baş verib.
2024-cü il iyulun 1-nə SOCAR-ın aktivləri 72 milyard 581 milyon manat olub ki, bu da ilin sonuna nisbətən 615 milyon manat və ya 0,9% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 36 milyard 402 milyon manata bərabər olub, balans kapitalı isə 1 milyard 331 milyon manat və ya 3,8% artaraq 36, milyard 179 milyon manata çatıb.
Bununla yanaşı bölüşdürülməmiş mənfəətin həcmi də 1 milyard 58 milyon manat (6,5%) artımla 17 milyard 245 milyon manata yüksəlib.