Əksər mövzularda olduğu kimi, bu mövzuda da ermənilərin saxtakarlıq etdiyi şübhəsizdir. Dünya tarixində ilk şəhid (əzabkeş) kimdir?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bu ifadənin səmavi dinlərdə anlayışına nəzər salıb.
Onun sözlərinə görə, isavilik və musəvilikdə əzabkeş, islamda isə "Şəhid" (və ya "əş-şəhid") adlanır:
"Bütün dinlərdə ortaq olaraq belə razılaşma var anlayışla bağlı - "Öz ölümü ilə imanına şəhadət vermiş şəxs". Şəhidlik anlayışının mənşəyi hələ də elmi mübahisə mövzusu olaraq qalır. Məsələn, qədim Yunan və Roma əsatirlərində şəhid zalım hökmdar qarşısında doğru olanı müdafiə etməyə hazır olan insanların cəsarətləri təsvir olunurdu. Misal olaraq filosoflar Eleyalı Zenon və Abderalı Anaxarisi göstərmək olar ki, onlar haqqında qədim mənbələr yazırlar ki, "hər ikisi tiranların əlində qəhrəmancasına əzabkeş, şəhid oldular. Roma əsatirlərində Mucius Scaevola obrazı vətəni xilas etmək naminə özünü qurban verən, şəhid edən şəxs kimi yazılır. Bu baxımdan, bəzi tədqiqatçılar Yunan və Roma fəlsəfi fikrindən irəli gələrək tirana, düşmənlərə və ya kütləyə müqavimət göstərmək üçün canlarını verən qədim qəhrəmanları bir növ "şəhidlər" hesab edirlər".
Tarixçi deyib ki, səmavi dinlər yaranandan sonra islamda şəhidlər, digər musavilik və isavilikdə əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır və ya hətta müqəddəs hesab olunur:
"Onlar qəhrəmanlıq və möhkəmlik simvoluna çevriliblər. Şəhidlərə ehtiram qədim zamanlarda, görünür, şəhidliyin özünün yayılması ilə eyni vaxtda inkişaf edib. Olduqca erkən müəyyən institusional formalar alır. Bu elementlər ümumən müqəddəslər kultunun formalaşmasında mərkəzi yer tutur. Şəhidlərə pərəstişin inkişafı IV-V əsrlərdə isavilərin təqibləri başa çatdıqdan sonra kilsəni bu anlayışı müəyyən bir şəkildə tənzimləməyə sövq etdi. Onun bütpərəstlik ilə üst-üstə düşən bəzi formaları bütpərəstliyin qalıqları kimi qəbul olunmağa başladı və ləğv edildi. Bu kontekstdə şəhidlik aktlarına yenidən baxılması və şəhidlərin müqəddəslişdirlməsi meydana çıxır. Şəhidlərin xatirəsinin yad edilməsi və onların məzarları üzərində xatirə kilsələrinin tikilməsi başlanılır, onlar üçün ikonalar yaradılır, müqəddəs elan edilir, ibadət yerləri qurulmağa başlanılır. İslamda da bu anlayış çox populyar olur".
Zaur Əliyev "Şəhid" sözünün Quranda 50 yerdə keçdiyini bildirib:
"Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilib: "Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm". İslamda şəhidlərə qədim Roma və Yunan konseptindən baxmağa çalışır. Məsələn, qeyri-müsəlmanlarla döyüşdə ölənlər həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar kimi qəbul edilir. İslam fəlsəfəsinə görə Vətəni uğrunda zalım, təcavüzkar və işğalçılara qarşı savaşda ölənlər əsas şəhidlərdən biridir və onlar əgər döyüş meydanında qanlı paltarında dəfn edilibsə onun yeri cənnətin ən ali məqamıdır. Bir çox İslam ölkələrində döyüşlərdə öldürülənlər ali şəhidlər hesab edilir. Türkiyə, Pakistan, Azərbaycan (rəsmən dövlət dini qeyd edilməsə belə), İraq, İran və digərlərində hərb zamanı, Vətən uğrunda canlarından keçənlər əsas şəhidlər hesab edilirlər. Müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən (inancından asılı olmayaraq) dünya baxımından şəhid olanlar sayılır. Suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə ikən və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər isə axirət şəhidi hesab edilir. Deyilənə görə Məhəmməd Peyğəmbər (s.ə.s) belə bir söz işlədib "Bətnində uşağı olduğu halda ölən qadın da şəhiddir" .
Bəs dünya tarixində ilk şəhidlər kim olub?
Tarixçi alim deyib ki, musavilik dininə görə Misirdə Firon zülmünə məruz qalıb qətl edilənlər, İsavilik dininə görə İsa Peyğəmbərin apostolları, İslam tarixində ilk şəhidlər məşhur səhabə Əmmarın atası Yasir və anası Süməyyədir:
"Məkkədə müsəlmanlara əziyyət verildiyi günlərdə ən ağır işgəncələrə məruz qalanlar da onlar idilər. Rəvayətə görə, Süməyyənin əllərini dəvələrin quyruğuna bağlayıb dəvələri əks istiqamətlərə sürürdülər. Əzələləri gərilən, sümükləri sınan Süməyyə bütün işgəncələrə baxmayaraq islam dinindən dönmədi. Ondan bir az sonra əri Yasir də işgəncə altında dünyasını dəyişdi. Saxtakarlıq içərisində yaşayan ermənilər isə iddia edirlər ki, guya ilk şəhid ermənilərdən olub. Sual oluna bilər ki, o zaman coğrafiyada olmayan, Hindistanın Kəlküttə və Mədrəs ərazilərində bir neçə qaraçı tayfasının birləşməsindən sonra yaranan bir xalq necə ilk isavilər ola bilərdi? Yaxud bu günə qədər kilsələrində Şeytana ibadət ayinləri olan ermənilər hansı əzabkeş və şəhiddən danışa bilər? Hər zaman olduğu kimi, erməni yalanları, saxtakarlıqları və hay-küyləri".
Zaur Əliyev ermənilərin din pərdəsi arxasında gizləndiklərini vurğulayıb:
"Erməni kilsəsi öz xalqına - Allaha ibadət yolu, doğru-dürüstlük, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu göstərmək əvəzinə, din pərdəsi altında terror, üsyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq kimi ideologiyasını təbliğ edir. Lazım gəldikdə gizli toplantılar keçirmək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər. Erməni keşişləri, arxireyləri, katolikosları Allahın təbliğindən çox Allaha şər atmaqla məşğul olublar. Bəlkə də elə yarandığı gündən din xadimləri kilsələri şər yuvasına çeviriblər. Allah evində Böyük Yaradanın əşrəfi olan insana, insanlığa xidmətlə deyil, ona tor qurmaq, qan axıtmaq tədbirlərinin hazırlanması və görülməsi işləri ilə məşğul olublar. Qaynaqlar yazır ki, erməni kilsələrində insanlar qurban kəsilib, İblisə ibadət edilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31